Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2015
19:22
390
Azərbaycanlı jurnalist Albert Eynşteynin evini çəkdi, xanımından yazdı...

Əziz oxucular, bir müddətlik aradan sonra sizə yenidən yazmaq və bu dəfə sizin də adını əzbər bildiyiniz bir dahinin evi ilə bağlı hazırladığım fotoreportajla qulluğunuzda olmaq sevindiricidir.

Elə dahilər var ki, gördüyü işlərin, etdiyi kəşflərin mahiyyətini adam tam anlaya bilməsə də, yaşadığı həyat tərzinə, kişilik və fikirlərinə görə ona sevgi hissi duyar, fotolarını hər gördüyündə gülümsəmədən keçməz. Mən bu gün belə adamlardan, gördüyü işlərin masştabına görə yaradılışdan bəri dünyaya gəlmiş sayca çox az insandan biri haqqında, daha dəqiq desək həyatının yeddi ilini keçirtdiyi kiçik evdən danışacaq və göstərəcəyəm. 

Amma əvvəlcə bu adamın kim olduğunu özünüz tanımalısınız: Bir foto, bir portret düşünün. Portretdə saçları göyə uçan bir yaşlı kişi görünür, gülür və “uzun dili” ilə bizə dil çıxarır. Onun dili uzun olsa da, əslində doqquz yaşınadək normal danışa da bilmirmiş.

Tanıdınızmı kimdir bu dahi? Bəli, bu odur, iki əsrə yaxın dünya elminin şahı sayılan İsaak Nyutonun hökmranlığına “son qoyan” Albert Eynşteyn (Enişteyn). Bu gün sizə bu dahinin dünya elmində yeni səhifə açan “Nisbilik nəzəriyyəsi”ndən deyil (buna gücüm çatmaz), bu nəzəriyyəni üzə çıxardığı illərdə yaşadığı kiçik evdən və bu evdə yaşanan maraqlı ailə münasibətlərindən danışacağam.

Albert Eynşteyn Aarau şəhərində təhsil aldıqdan sonra (Onun oxuduğu bu gimnaziyanı ötən reportajlarımızda göstərmişdik) Zurix Federal Politexnik Universitetinə qəbul olunur. Halbuki, bir il əvvəl həmin universitetdə Fizika və Riyaziyyat fənlərindən verdiyi imtahanlar uğurlu olsa da, tarix, coğrafiya və xarici dil imtahanlarından kəsilərək, universitetdən kənarda qalmışdı.

Eynşteyn Zürix universitetini bitirdikdən sonra Bern şəhərində o qədər də maraqlı və məvacibi olmayan kiçik iş tapır və şəhərin ən gözəl yeri olan mərkəzi küçəsində - “Kramgasse 49”-dakı evə daşınır.

Kiçik dəhlizi və balaca otaqlarına baxmayaraq evin pəncərəsi küçəyə, daha doğrusu renesans dövrünün parlaq nümayəndələrindən heykəltaraş Hans Giengin fontanlar və onun mərkəzində ucalan heykəllərinə baxırdı. Onun evinin həmən yanında isə, qədim küçənin tən ortasında boylanan bürc və üzərində sanki bütün küçəni nəzarətdə saxlayırmış kimi görünən böyük saat var idi. Bu saat isə elmdə inqilab olacaq bir nəzəriyyəyə ilhamverici qüvvə idi. 

1905-ci ildə Eynşteyn evinin qarşısındakı dayanacaqda avtobusa minir. Avtobusun son oturacağında, arxa şüşənin qarşısında oturur və dönərək arxaya baxır. Həmin vaxt gözü Bern şəhərini izləyən böyük qüllədəki saata sataşır, həmişə olduğu kimi. Və öz-özünə sual verir: əgər avtobus işıq sürətinə yaxın bir sürətlə hərəkət edib saatdan uzaqlaşarsa, nə baş verə bilərdi? Xəyalında Eynşteyn yenidən saat qülləsinə baxır və təəccüblənir: avtobus işıq sürəti ilə hərəkət etdikcə saatın əqrəbləri durur...

Eynşteyn özünü “Nisbilik nəzəriyyəsi”nə həsr etdikcə ailə ilə ünsiyyəti zəifləyir, həyat yoldaşı ilə münasibətləri gərginləşir. Həmin vaxtlar sevgi bağı o qədər zəifləyir ki, Eynşteyn həyat yoldaşı Mileva Mariçdən ayrılmaması üçün bu şərtləri irəli sürür və razılaşırlar:

1. Paltaryuyan maşından çıxan paltarlarımın təmiz olub-olmadığına nəzarət edəcəksən;

2. İş otağımda hər gün üç növ yemək olacaq;

3. Mənim icazəm olmadan yataq otağıma girilməyəcək, iş masama əl vurulmayacaq;

4. Mənim icazəm olmadan heç kimlə münasibət qurulmayacaq...

Akademik fəaliyyəti ilə əlaqədar tez-tez uzun səfərlərə çıxan Eynşteyn və Mileva 1914-ci ildən sonra ayrı yamağa başlayır, 1919-cu ildə isə boşanırlar. Eynşteyn boşanma zamanı iki uşağının anasına “tezliklə Nobel alacağam, buna inanıram. Nobeldəki bütün maddi mükafatı sənə verəcəyəm”, sözü verir. Təbii ki, həmin zamanlar bu Mileva üçün də inandırıcı deyildi. Amma Eynşteyn kim olduğunu yaxşı bilirdi...

Aşağıda baxacağınız fotolarda yazıda haqqında bəhs edilən Saat Qülləsini, heykəltəraş Hans Giengin fontan və heykəllərini də görə bilərsiniz. Eynşteynin yaşadığı mənzilin birinci mərtəbəsində isə onun adını daşıyan kafeteriya fəaliyyət göstərir.

Dostlar, əgər yolunuz Bern şəhərinə düşərsə bu xudmani, amma dünya nəhənginə dam olmuş evə gəlməyi unutmayın. Giriş də bahalı deyil, 6 İsveçrə Frankı, bizim pulla havayı.



























Abbas Atilay, Bern

Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
50

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
86

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
61

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1009

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
77
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru