Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2015
11:49
153
Azərbaycanın aqrar məhsullarını daşıyan 120 vaqonu Rusiyaya göndərildi

Azərbaycandan Rusiyaya aparılan aqrar məhsulların Dağıstanın Dərbənd şəhərinin Dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədi ilə İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar. 

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiyanın Dağıstan Respublikasının Baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış problemləri müzakirə ediblər.

Nazirlikdən bildirilib ki, Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirib. 

“Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqondan 120-dən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiyanın müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir”, - deyə nazirlikdən qeyd edilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
46

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1068
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru