Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2015
15:32
Yol qəzalarında ölümə səbəb olan təqsirsiz sürücülərin taleyi

Yol qəzaları təkcə cəmiyyətimizin deyil, ümumiyyətlə, bütün dünyanın ümumi bəlasıdır.

Hər il yol qəzaları səbəbindən 1,3 milyon insan dünyasını dəyişir,  20-50 milyon nəfər müxtəlif xəsarətlər alır. Azərbaycanda isə hər il təxminən 3 min 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il mindən çox insan dünyasını dəyişir, iki minə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.

Baş verən yol nəqliyyatı qəzalarının çoxu sürücü məsuliyyətsizi səbəbindən baş versə də, elə hadisələr var ki, orada sürücünün heç bir təqsiri olmur. Bəs bu vəziyyətdə, sürücü məsuliyyətə cəlb edilirmi?

“Sürücünün təqsiri olmadan baş vermiş yol nəqliyyat hadisəsinə görə o, məsuliyyətə cəlb edilmir”. Bunu Vəkillər kollegiyasının üzvü, vəkil Asif Abdullayev bildirib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin “təqsirə görə məsuliyyət” prinsipinə əsasən, yalnız törətdiyi əmələ və onun nəticələrinə görə təqsiri müəyyən edilmiş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər: “Bu prinsip onu deməyə əsas verir ki, sürücünün təqsiri olmadan baş vermiş yol nəqliyyat hadisəsinə görə sürücü məsuliyyətə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin bu hadisə ilə bağlı məsuliyyət nəzərdə tutan maddəsi yalnız yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan sürücülərə şamil edilir. Bu isə o deməkdir ki, cinayət məsuliyyətinin yaranması üçün hadisə yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının sürücü tərəfindən pozulması nəticəsində baş verməlidir. Məsələn, sürücü yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin istismarı qaydasına uyğun şəkildə nəqliyyat vasitəsini idarə etdiyi zaman, onun yoluna qəflətən piyada çıxır. Bu zaman sürücü maşını dayandırmağa çalışsa da alınmır və piyadaya xəsarət yetirir. Belə olan halda sürücü məsuliyyətə cəlb edilə bilməz. Bu misalda sürücü sürət həddini aşsaydı, deməli o, yol hərəkəti haqqında qanunun tələblərini pozmuş olardı və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi zəmin mövcud olardı. Sürücünün texniki cəhətdən hadisənin qarşısını almaq imkanının olub-olmaması müvafiq ekspertiza rəyi ilə müəyyən edilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20227

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18832

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20182

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19763

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25291

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19746

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19901
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 21:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru