Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2015
12:59
432
`Bibiheybət yolu` ndan keçən sürücülərin NƏZƏRİNƏ - FOTO

Səbail rayonu "20-ci sahə" deyilən ərazidə sıxlığın aradan qaldırılması və "Lökbatan" dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə "Bibiheybət yolu"nda ("Bibiheybət" məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan işlər artıq yekunlaşıb.

Səhmdar Cəmiyyətdən bildirilib ki, noyabrın 27-dən yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına verilib. Yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində "Bibiheybət" məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb.

Nəticədə Su İdman Sarayından "Bibiheybət" məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunub. Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görülən işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının "20-ci sahə"dən "Bibiheybət" məscidinə doğru olan yola daxil olması qadağan edilib. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla hərəkətlərinə davam edə bilərlər.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
269

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
163

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
243

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
180

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
190

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
174

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
195
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru