Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2015
09:25
144
Azərbaycanlılar hər il xaricilərə milyardlarla dollar xeyir verir
Azərbaycanın 3,5 milyard dollarlıq daxili kapitalı xarici ölkələrə axır

"Rəsmi dövlət qurumlarının statistikasına əsasən, ötən il 3 milyon 500 min azərbaycanlı turist qismində xarici ölkələrə səfərlər edib. Hər bir turistin oteli, aviabiletləri, digər nəqliyyat xərcləri, habelə restoran və şoppinq xərclərini ortalama hesabla 1000 dollardan nəzərə alsaq, - baxmayaraq ki, bir çox hallarda bu rəqəm daha artıqdır - o zaman bu, Azərbaycanın 3,5 milyard dollarlıq daxili kapitalının xarici ölkələrə axması deməkdir. İndi isə neftin bugünkü qiymətini yada salaq - 1 barreli 50 dollar. Başqa sözlə, hər il biz 70 milyon barrel nefti qarşılıqlı vəsaiti əvəzlənmə olmadan xarici ölkələrə veririk və bu rəqəm hər il artmaqda davam edir. Çünki turizm elə bir sahədir ki, insan istirahətsiz yaşayıb yarada bilməz. Gec, ya tez insan xaricdə və ya öz ölkəsi daxilində istirahət etməlidir".

Bu barədə Azərbaycanda turizm sektorunun pesrpektivləri və yaradılan imkanlar barədə vəziyyəti şərh edərkən turizm üzrə ekspert Rüstəm Əhmədov deyib.

Onun fikrincə, turizm yeganə sahədir ki, iqtisadiyyatda fəqli yeri vardır və məhz fərqli yanaşma tələb edir: "Misal üçün, bu gün Azərbaycanın iqtisadiyyatının, demək olar ki, bütün sahələri üzrə məhz ixrac yönümlü siyasət aparmaq lazım olduğu halda, turizm sənayesi idxal yönümlü siyasət tələb edir. Çünki başqa sahələrlə müqayisədə aydın görmək olar ki, xarici valyutanın ölkəyə axınını təmin etmək üçün mütləq turizmin idxal hissəsi sayıla biləcək daxili turizm bazarı daha yüksək sürətlə inkişaf etdirilməli və xarici turistlərin Azərbayacana axını sürətləndirilməlidir".

R.Əhmədov hesab edir ki, turizm sektorunun inkişafı yeni iş yerlərinin açılmasına, ümumən ölkənin inkişafına ciddi təsir edə bilər: "Bu gün dünyada baş verən iqtisadi proseslər, neftin qiyməti ilə bağlı müşahidə olunan vəziyyət hökuməti turizm sahəsinə yenidən və daha ciddi baxmağa sövq edir. Məlum olduğu kimi, dünənə qədər ölkəmiz daha çox neft məhsullarının ixracından gəlir əldə edirdi. Bu gün isə prioritet qeyri-neft sahələrinə, ən əsası isə turizm sektoruna verilməlidir. Çünki məhz bu sahədə imkanlar var işsizlik minimum kapitalla aradan qaldırılsın. Təsəvvür edin: ölkəmizə gələn 1 turistə 10-a yaxın adam xidmət göstərir. Bunlar nəqliyyat sektorunda taksi, gəmi, yaxtalardan istifadə, ictimai iaşə yerlərində aşbaz, ofisiant və s. xidmətçilər, otellərdə müxtəlif işçilər, eyni zamanda bələdçilər, kongres turizmində təşkilatçı şirkətlərin nümayəndələri, adi kənd evlərindəki sadə vətəndaşlar, dükan və mağaza işçiləri, bərbərlər, əczaçılar və s-dir. Gördüyünüz kimi, ölkəmizə gələn hər 1 turist minimum bir əlavə iş yeri deməkdir".

 

Ekspert bildirib ki, bu gün dünyada baş verən ən son hadisələr, məsələn, Rusiya-Türkiyə münasibətləri, Misir, Fransa, Belçika, Britaniya, ABŞ və digər qərb və Asiya ölkələrində baş verən hadisələrin özləri Azərbaycan üçün yeni turizm imkanları açır və bu imkanlardan, yaranmış vəziyyətdən, əslində, maksimum səmərəli istifadə etmək lazımdır: "Bu vaxtadək turizmi inkişaf etdirmiş ölkələrin də tarixinə nəzər saldıqda görmək olur ki, onlar da zamanında yaranmış imkanlardan yararlanıblar. Bəzən turizmi siyasətdən ayırırlar. Əslində, turizmin özü elə ən böyük siyasətdir. Misir kimi nəhəng ölkənin, demək olar ki, bütün turizm sektoru məlum hadisə üzündən çökməkdədir. Hər il şimal qonşumuz olan təkcə Rusiyadan Misir və Türkiyəyə 10 milyona yaxın insan turist səfərləri edir. Bunların bir qisminin Azərbaycana gəlməsi, arzuladığımız nəticələrin daha tez əldə olunmasına, ən azı vaxt qənaətinə səbəb ola bilər. Bu gün Azərbaycanda turistləri hər zaman cəlb edən bütün göstəricilər var. Dağlar, meşələr, çaylar, müasir otellər, yollar və bütün infrastruktur mövcuddur. Ən əsası isə Azərbaycanda bütün dünyaya nümunə ola biləcək və turizm üçün son dərəcə vacib olan sabitlik var".

Azərbaycanda son vaxtlar sahibkarlığın inkişafı ilə bağlı atılan addımların turizmin inkişafına da təsir edəcəyini deyən ekspertin sözlərinə görə, hazırda dünyada və ölkədə müşahidə edilən iqtisadi böhranın müsbət tərəfləri də var: "Böhranın bazar iqtisadiyyatı üçün mənfi olduğu qədər olmasa da, müsbət tərəfləri də var. Çünki böhran həm də şirkətlər üçün iqtisadi xəstəliklərin immunitet sınağıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
172

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru