Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2015
12:40
363
Biabırçılıq: Azərbaycanda 400-ə yaxın qadın sifilis xəstəsidir

Azərbaycanda sifilis və süzənək diaqnozu qoyulan xəstələrin sayında artım müşahidə olunur. Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, ötən il üçün ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınan xəstələrin sayı 546 nəfər təşkil edib. Bu rəqəm 2013-cü ildə 463 nəfər olub.

Məlumata görə, xəstələrin 340 nəfərini kişilər, 206-nı isə qadınlar təşkil edib. Bundan başqa, keçən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı isə ümumilikdə 1 024 nəfər olub. Bunun da 639-u kişi, 385-i qadındır.

Eyni zamanda, keçən il 698 xəstə (2013-cü il 563) ilk dəfə qoyulmuş süzənək diaqnozu ilə qeydə alınıb. Onlardan 555-i kişi, 143-ü qadındır. Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayına gəlincə, bu ümumilikdə 148 nəfər olub. Bunun da 118-i kişi, 30-u isə qadındır.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
53

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
128

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2015

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
478

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
145

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru