Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2015
12:29
138
Ərbəin - məzlumun fəryadına deyilən ləbbeykdir

Ərbəin gəlib çatdı və İmam Hüseyn (ə) eşqi ilə dolu olan həyəcan yenə hər yeri bürüdü. Hüseynin (ə) qanı Əhli-beyt (ə) davamçılarının damarlarında yenidən cuşa gəldi. Çünki bu Allahın verdiyi vədədidr. “Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır”. (“Səff” 8).

Ərbəin - biz Əhli-beyt (ə) davamçılarına verilən bir fürsətdir ki, İmamımızı (ə) tanıyaq və onu ziyarət edək. Başqa sözlə desək, ölmüş qəlblərimizi imamət maarifi və həqiqəti ilə dirçəldək. Bu günlərdə Həzrətin (ə) məzlumiyyətini bir daha yada salıb, İmam Hüseynin (ə) Allah yanındakı məqamına bir daha nəzər salaq.

Ərbəin ziyarətində deyirik: “Əssəlami ələl-Hüseyni məzlumi şəhid!”. Bu sözlərlə Həzrətin (ə) məzlumiyyətinə şəhadət vermiş olarıq. Şəhadət verərik ki, İmam (ə) bu dünyadan məzlum və şəhid halda getmişdir.

O zaman ki, məzlum sözü işlənər, İmam Hüseyn (ə) yada düşər. Əba Bəsir nəql edir: “İmam Sadiq (ə) buyurur: “Hər kim istəyər ki, behişt onun məskəni olsun, məzlumu ziyarət etməyi tərk etməsin!”. Dedim: “Məzlum kimdir?”. Buyurdu: “Kərbəla sahibi olan Hüseyn ibni Əli! Hər kim ona tərəf gedərsə, ona olan şövqünə görə, Peyğəmbərə (s), Həzrət Fatimə (s.ə) və Əmirəl-möminin (ə) məhəbbətinə görə Allah onu behişt süfrəsində o Həzrətlərin (ə) kənarında əyləşdirər. Onlarla bir yerdə o süfrədən yeyər. Halbuki, qalan insanlar hesablarını verməklə məşğul olarlar”.

Zülm məsələsi İslam dinində xüsusi əhəmiyyətə malik olan bir mövzudur. Belə ki, əgər kimsə zülmə məruz qalarsa, özü zalım olmazsa, yerinə yetən duası olar. Belə ki, İmam Hüseyndən (ə) nəql edilir ki, Əli ibni Hüseynə (ə) belə vəsiyyət etmişdir: “Ey oğlum! Allahdan başqa yardımçısı olmayan birinə zülm etməkdən çəkin”. (O zaman ki, bir insanın yavəri Allah olar, duası qəbul olar. Bu da onun həlak olmasına səbəb olar). Başqa yerdə buyurur: “Məzlumun zalımın dinindən aldıqları, zalımın məzlumun malından aldıqlarından daha çoxdur”.  

Allah Təala Quranda buyurur: “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir”. (“Nisa” 148).

Bəlkə elə ona görə də Həzrətin (ə) yanında olanların duası qəbul olar. Çünki o Həzrət (ə) o qədər zülmə məruz qalmışdı ki, nəinki onun duası, hətta onun kölgəsində olanların hamısının duası qəbul olar. Bu zülmün qarşılığında Allah ona dörd şeyi inayət edir: xəstəliklərə şəfanı türbətində qərar verir. Hərəmində edilən duaları qəbul edir. İmamları (ə) onun nəslindən qərar verir. Zəvvarlarının ziyarət vaxtını ömürlərindən hesab etmir.

Xoş olsun o kəslərin halına ki, bu günləri Həzrəti (ə) ziyarət edər. Həzrətin (ə) hüzurunda dua edər və duaları da yerinə yetər.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
173

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
105

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
135

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
169

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
199

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
191

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
748

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
563
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru