Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2015
12:02
Polis Respublika stadionunu nəzarətə götürdü

Daxili İşlər Nazirliyi (DİN) bu gün keçiriləcək “Qarabağ”- “Tottenhem” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunu nəzarətə götürüb.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirib ki, stadionda bütün təhlükəsizlik tədbirləri görülüb və oyun zamanı polis əməkdaşları tərəfindən asayişin pozulması hallarının qarşısı zamanında alınacaq.

“Stadionda zəruri olan bütün təhlükəsizlik tədbirləri görülüb. Oyun zamanı da həmin təhlükəsizlik tədbirləri davam etdiriləcək”-deyə DİN rəsmisi vurğulayıb.

“Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) qarşılaşması bu gün saat 22:00-da başlayacaq. 

Qeyd edək ki, Parisdə baş verən dəhşətli terror hadisəsindən sonra dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da təhlükəsizlik məsələsi ön plana çıxıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru