Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2015
11:58
“Şamaxinka”dakı sürücülərə BƏD XƏBƏR - FOTO

Bakı şəhərinin Moskva prospektində “Şamaxinka” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.

Parkinqin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC və Bakı şəhər İcra Hakimiyyəti ilə birgə razılaşdırılmış şəkildə həyata keçirilib.

Cəmiyyətdən daxil olan məlumata görə, artıq həmin ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb. Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibləri də tapılandan sonra əraziyə giriş “Azəryolservis” tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq. Hələlik isə parkinqə nəqliyyat vasitələrinin daxil olmalarının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb.

"Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzərində deyil, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də mövcuddur. Analoji parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaradır. Buna görə də həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq", - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, bir müddət öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstü və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan olunması ilə bağlı “Azəryolservis” tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
1252

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
1260

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
281

Ramiz Zeynalov Vilayət Eyvazova hesabat verdi

21

Yanvar
16:15
HÜQUQ,HADİSƏ
291

Şagirdlərin yerdəyişməsi dayandırlır

21

Yanvar
15:10
ELM / TƏHSİL
2006

Sumqayıtda cibgirlər saxlanılıb

21

Yanvar
15:02
HÜQUQ,HADİSƏ
245

Tağı Əhmədov bəzi deputatları tənqid edib

21

Yanvar
14:45
SİYASƏT
1525
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2020 22:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru