Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2015
10:48
567
XİN İŞİD-ə qoşulan azərbaycanlı uşaqların sayını açıqladı

“İŞİD terror qruplaşmasına qoşulmağa qərar verən, lakin bu günlərdə Türkiyə polisi tərəfindən Adana şəhərində tutulan 14 Azərbaycan vətəndaşından 4-ü gənc oğlanlar, 3-ü qadın, 7-si isə uşaqdır”.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə deyib. 

Yada salaq ki, noyabrın əvvəllərində Adanada İŞİD-ə qoşulmaq istəyən 38 əcnəbi tutulub. Onların 5-i Qırğızıstan, 14-ü Azərbaycan, 7-ci İndoneziya, 5-i İraq, 2-si Tacikistan, 3-ü İran və 2-si Əfqanıstan vətəndaşı olub. Tutulanlar arasında 15 azyaşlı uşaq da olub ki, onların da yarısı azərbaycanlılardır.

H.Hacıyevin sözlərinə görə, XİN əməkdaşları Ankaradakı səfirliklə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, saxlanılan şəxslərlə bağlı hələlik istintaq tədbirləri həyata keçirilir. İstintaq başa çatandan sonra Azərbaycan tərəfi bu barədə məlumatlandırılacaq.

“Terrorla mübarizə məsələsi həssas mövzu olduğu və bununla bağlı tədbirlər qapalı rejimdə həyata keçirildiyi üçün Azərbaycan səfirliyi Türkiyənin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və bu məsələni daim diqqət mərkəzində saxlayır” - deyə Hacıyev bildirib.

O da məlum olub ki, saxlanılan azərbaycanlılar 3 ailənin üzvləridir. Hazırda onlar əcnəbilər üçün ayrılmış xüsusi təcridxanada saxlanır. Türkiyənin müvafiq qurumları onların Azərbaycana deportasiyası məsələsini nəzərdən keçirir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
62

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
135

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2029

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
481

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
149

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru