Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2015
16:41
113
Azərbaycanda meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq

Azərbaycanın bölgələrdə bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək referent laboratoriyaların yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən bildirilib ki, artıq Yevlax və Şirvanda iki laboratoriya tikilib, Xaçmazda isə laboratoriya binası tikilməkdədir: “Laboratoriyaların tələb olunan avadanlıqlarla təchiz edilməsi, tam təmir edilməsi, mütəxəssislər üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Laboratoriyalar yaxın vaxtlarda işləməyə başlayacaq”.

Xidmətdən deyilib ki, ümumilikdə 8 bölgədə referent laboratoriyaların tikilməsi nəzərdə tutulub. Bu laboratoriyaların istifadəyə verilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
92

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1351
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru