Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2015
12:10
`Azərişıq`: Heç bir borc silinməyəcək

İstifadə olunan elektrik enerjisinin haqlarını ödəməyənlərə heç bir güzəşt olunmayacaq.

Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun elektirk enerjisi borcu ilə bağlı xəbərdarlığından sonra ödəmələrdə artım müşahidə olunur: "Buna baxmayaraq hələ də borclarını ödəməyənlər var. Bizim güzəşt etmək səlahiyyətimiz yoxdur. Həm də niyə güzəşt olunsun ki?! Borc-borcdur, kim elektrik enerjisi işlədirsə, pulunu da ödəməlidir. Heç bir borc silinməyəcək. Bakı üzrə elektrik enerjisi haqları üzrə ödəmələr 97-98 faizə çatır. Amma nəzərə almaq lazımdır ki, "Azərişıq" ASC tək Bakıda fəaliyyət göstərmir. Biz çalışırıq ki, enerji haqları vaxtlı-vaxtında ödənilsin".

T.Mustafayev borcların yaranma səbəbinə də toxunub: "Borclar əsasən iyul və avqust aylarında yaranmış pullardır. Yay aylarında yığılan borcların ödənməsi sonra gecikdirilir. Bu isə borcların yaranmasına gətirib çıxarır".

Qeyd edək ki, bir neçə gün əvvəl "Azərişıq" ASC debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatının noyabrın 23-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacağı barədə xəbərdarlıq edib.

Səhmdar Cəmiyyətin xəbərdarlığında qeyd olunub ki, "Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma"sı elektrik enerjisinin talanması və qanunsuz istifadə sayıldığından, belə hallara yol verildikdə Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun ciddi tədbirlər görüləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53103

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52773

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52440

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57862

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52502
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 09:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru