Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2015
11:07
77
`Azərbaycan Dəmir Yolları` qışa hazırlaşır

“Azərbaycan Dəmir Yolları” QSC-də “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planı təsdiq edilib. Cəmiyyətin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun bildirdiyinə görə, tədbirlər planına əsasən, Yük daşımaları, İnfrastruktur, Sərnişin daşımaları, Dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamentləri, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatları üzrə görüləcək işlər müəyyən edilib. 

Tədbirlər planına uyğun olaraq, departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibati binaların dam örtukləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır.

Dübəndi, Yalama, Keşlə, Bakı-yük, Yevlax, Böyük Kəsik, Gəncə, Ucar, Hacıqabul və Biləcəri stansiyalarında qarla operativ mübarizə planının hazırlanması üçün üç növbəli briqadaların yaradılması isiqamətində işlər davam etdirilir. Eyni zamanda, lokomotivlərin qumvermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında qartəmizləyən texnikanın təmiri prosesi davam etdirilir. Bakı-Böyük Kəsik sahəsində optik rabitə sistemindəki avdanlıqlar mütəmadi olaraq yoxlanılır, dartı yarımstansiyalarında texniki avadanlıqlar təftiş edilərək sınaq işinin başa çatdırılması, sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi, sərnişin vaqonlarının istilik sisteminin qaydaya salınması həyat keçirilir.

"Qış mövsümündə hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub", - deyə şirkətdən bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
43

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
118

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2000

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
475

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
138

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru