Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Noyabr

2015
10:50
Beşbarmaq qalasının qədim tarixi - VİDEO

Qədim zamanlardan bu günümüzə qədər gəlib çıxan Beşbarmaq qalası Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometrliyində qərar tutub.

1636-cı ildə Beşbarmaq dağında olan alman səyyahı Adam Oleari öz yazılarında qədim tikili haqqında məlumat verib. O, qalanın hər birinin uzunluğu 42 funt olan yonulmuş daşlardan inşa olunduğunu qeyd edib. Bundan başqa qala ətrafında ən qədim müdafiə istehkamlarından biri Beşbarmaq paralel müdafiə səddi mövcuddur.

Alban tarixçisi Musa Kalankatlının məlumatlarından aydın olur ki, V əsrin ortalarında Sasanilər əleyhinə başlanan üsyan zamanı yerli əhali qalanın paralel divarları arasında gizləniblər. 1683-cü ildə Beşbarmaq dağında olan alman səyyahı Kempfer yazır: “Bu dağ Qafqaz sıra dağlarının dənizə doğru çıxıntısı olub, bir tərəfi həddindən artıq yüksəklik, digər tərəfi isə dənizə çox yaxındır”. Müharibə zamanı bu divarlar arasında bir şəhərin əhalisini yerləşdirmək və düşməndən qorumaq imkanı olub. Abidənin və bu ətrafda yerləşən qala qalıqlarının elmi baxımdan öyrənilməsi məqsədi ilə 1925-ci ildə bura xüsusi ekspedisiya göndərilib. 1980-1985-ci illərdə Tarix İnstitutunun Gil-gilçay arxeoloji dəstəsi abidədə tədqiqat işləri aparıb. Bu zaman Beşbarmaq dağının ətəyindən başlayaraq dənizin sahilinədək davam edən paralel divarların qalıqları tapılıb. Tarixçi Musa Kalankatlı öz əsərlərində yazır: “V əsrin ortalarında Albaniyada üsyan nəticəsində qala tutulur və müdafiə səddi darmadağın edilir”. Beləliklə, 452-ci ildə Sasanilər əleyhinə qalxan üsyan zamanı Beşbarmaq müdafiə divarları dağıdılıb. Bundan sonra Sasanilər hun hücumlarının qarşısını almaq məqsədilə buradan 23 km şimalda yeni müdafiə divarları Gil-gilçay müdafiə istehkamını tikdiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
156

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
522

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru