Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2015
16:22
Kredit borcu olan şəxs bankın qarşısında özünü yandırdı - VİDEO (18+)
Ürəyi zəif olanlar və həssas insanlar videoya baxmasın!!!

Azərbaycanda banka borcu daha bir nəfər intihara cəhd edib.

Hadisə “Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində baş verib. “Muğanbank”a borclu olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov pulu ödəyə bilmədiyi üçün bankın Binəqədi filialının qarşısına gələrək, üstünə benzin töküb və yandırıb.

Dərhal əraziyə təcili tibbi yardım avtomobili və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Malik Hüseynov əraziyə çağırılan təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılıb.

Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Məlumata görə, intihara cəhd edən 30-35 yaşlı kişi bankdan pul götürərək maşın alıb. Pulu ödəyə bilmədiyi üçün avtomobil bankın təqdimatı ilə polis tərəfindən həmin şəxsdən müsadirə olunub. Maşını əlindən alınan borclu da çıxış yolunu özünü yandırmaqda tapıb.

İntihar cəhdi ilə bağlı daha bir maraqlı məqam var. Belə ki, özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb. 

Banka borclu olan şəxs R.Göyüşovdan “Muğanbank”da işləyən oğlu və Mərkəz filialının sədri Rəşad Göyüşovdan və qardaşı oğlu “Muğanbank” ASC-nin Müşahidə Şurasının üzvü Urfan Göyüşovdan ona güzəşt etməsi üçün xahiş etməsini istəyib. Lakin R.Göyüşov oğlunun, eyni zamanda qardaşı oğlunun işlərinə qarışmadığını bildirib və banka müraciət etməsini məsləhət görüb.

Dəhşətli intihara cəhd hadisəsinin videosunu təqdim edirik:

Ürəyi zəif olanlar və həssas insanlar videoya baxmasın!!!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48105

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46147

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47815

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47411

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52963

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47420
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 06:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru