Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2015
15:57
151
Azərbaycanda daha bir radio fəaliyyətə başlayır

Dekabrın əvvəllərində Azərbaycanda "Asan radio" fəaliyyətə başlayacaq.

Bunu Trend-ə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, radionun yayımı üçün lazım olan bütün texniki avadanlıqlar hazırdır. A.Hüseynov yeni radionun digərlərindən fərqləndirəcək xüsusiyyətləri açıqlayıb: “Asan radio” dövlət xidmətləri sahəsində ixtisaslaşmış radio kimi nəzərdə tutulub. Bu radio vasitəsi ilə daha çox maarifləndirmə, məlumatlandırma işləri həyata keçiriləcək. Radio ilkin mərhələdə Bakı və Abşeron yarımadasında yayımlanacaq. Amma “Asan Radio”nun bütün Azərbaycana yayımı üçün lisenziya alınıb”.

Radio Azərbaycan dilində efirə çıxacaq. Amma müəyyən xəbərlər, məlumatlar bir neçə dəqiqəlik rus və ingilis dillərində də veriləcək.

Qeyd edək ki, sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
57

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
90

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
64
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru