Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2015
12:40
Sürücülük vəsiqəsini dəyişənlər və etibarnamə istəyənlərə VACİB XƏBƏR

«Səyyar ASAN xidmət» eyni vaxtda 10 regionda xidmət göstərir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, "Səyyar ASAN xidmət"in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı 10 regionda əhaliyə xidmətlər göstərir: Qobu, Xırdalan, Şəmkir, Qəbələ, Quba, Masallı, Hacıqabul, Tərtər, Zərdab, Neftçala.

Xatırladaq ki, "Səyyar ASAN xidmət" 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da

"Səyyar ASAN xidmət"in ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, "Səyyar ASAN xidmət"in 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycanın Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, bugünədək "Səyyar ASAN xidmət" vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib. "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
21053

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19643

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
21002

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20563

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
26096

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20731
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-08-2020 00:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru