Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2015
10:59
275
Azərbaycanda hər 100 anadan 21-i bunu edib
Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb

Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə kəsiyi əməliyyatı aparılıb.

İllər üzrə artmağa doğru dəyişən qeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib.

2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 20,99 faizini təşkil edib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Ötən il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə olub.

Azərbaycan Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, qanunvericiliyə dəyişiklik edildikdən sonra dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı qanunvericiliyin tələblərinə ciddi əməl olunur, əməliyyat üçün tibbi göstərişlər protokola uyğun aparılır. Buna görə də dövlət tibb müəssisələrində əsaslı tibbi göstəriş olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılması halları çox azdır. Lakin özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir.

Qeyd edək ki, 2013-cü ildə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
56

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
90

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
64
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru