Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2015
16:45
398
Azərbaycandan gedən erməni ailəsinin üzünə həsrət qaldı

Ermənilərin nəzarətində olan işğal altındakı ərazilərdən Azərbaycan tərəfə keçən erməni hərbi əsir Andranik Qriqoryana hələ də öz yaxınlarına görüşmək imkanı verilməyib.Bu barədə ermənilərə məxsus "Joxovurd" qəzeti yazıb. 

Ona hələ də ailəsi ilə görüşmək imkanı verilməyib. Qriqoryanın yeznəsi Armen Arutyunyanın sözlərinə görə, o əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə sorğu sual üçün polisə aparılıb. "Biz daima onun nə zaman görməyin mümkün olacağı, nə zaman evə buraxılacağı ilə maraqlanırıq. Deyiblər ki, 8 ay ərzində onunla Azərbaycanda nə baş verdiyini anlayandan və sorğu sual bitəndən sonra gətiəcəklər. Hələ ailəmizdən heç kim onu görməyib". 

Ermənilərin nəzarətində olan işğal altındakı ərazilərdən Azərbaycan tərəfə keçən erməni hərbi əsir Andranik Qriqoryan noyabrın 18-də geri qaytarılıb. Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb. 

Andranik Qriqoryan

Xatırladaq ki, A.Qriqoryan ilkin dindirməsində demişdi ki, 1991-ci ildə Martuni rayonunda anadan olub. "Mən Andranik Araratoviç Qriqoryanam. 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram.

Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil".

Qriqoryan Azərbaycana belə keçmişdi. 

Bundan öncə də bənzər hadisə baş vermişdi. 52 yaşlı Yeqişe, arvadı Ruzanna və üç uşağından ibarət Gevorkyan ailəsi 10 yanvar 2010-cu ildə Ermənistan-Azərbaycan sərhədini keçib və Naxçıvan Muxtar Respublikasına daxil olub. Gevokyan ailəsi Ermənistana 12 dekabr 2014-cü ildə öz istəkləri ilə geri qayıdıblar. 

Yeqişe Gevorkyan və onun ailəsi Ermənistan qaçaraq Azərbaycan tərəfinə keçdiyi üçün onlar haqqında İrəvanda cinayət işi açılmışdı. Gevorkyan ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətiimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.

Azərbaycandan Ermənistana qaytarılan Gevorkyan ailəsi erməni xislətini bir daha nümayiş etdirib. Qarşı tərəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə təhfil verilmiş ailə üzvləri Ermənistan mətbuatına qayıtdıqları ilk gündə yalan açıqlamalar veriblər.

Gevorkyan ailəsinin başçısı Yeqişe Petrosoviç girovluqda olarkən qul kimi saxlanıldıqlarını iddia edib. 4 il Azərbaycanda saxlanılan erməni ailəsi hətta döyüldüklərini və onlara cərəyan verildiklərini deyib. 

Lakin paytaxtımızda olduqları müddətdə müsahibə verən erməni ailə Azərbaycanda olarkən ailə saxlanılma şəratindən razılıq etmişdi. Ailə üzvləri Ermənistana qayıtmaq istəmədiklərini və öz ölkəsindən fərqli olaraq Azərbaycanda qarın dolusu yemək yediklərini söyləmişdilər.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
92

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1351
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru