Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2015
14:07
156
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatinin Vüqar İsgəndərova azadliq tələbi

FaktXeber.com-un verdiyi məlumata görə, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı Gəhcə şəhərində yaşayan tanınmış ilahiyyatçı-filosof, "Furqan" İctimai Birliyinin sədri Hacı Vüqar Qarabağinin (İsgəndərov) əsassız olaraq 20 sutka həbc cəzasına məhkum edilməsini sərt şəkildə pisləyib. 

Bu barədə qurumun yaydığı bəyanatda bildirilir: "Ümumiyyətlə, şəxsin dinc ictimai fəaliyyətinə, düşüncələrinə, cəmiyyətdə razılaşmadığı məqamlarla bağlı tənqidi qeydlərinə, mediada çıxışlarına görə təzyiqlərə məruz qalması absurddur və insan hüquq və azadlıqlarına kobud müdaxilədir."

Sənəddə daha sonra daim, xüsusilə Məhərrəm-Səfər əyyamı başlandıqda Əhli-Beyt eşqi ilə çoşub daşan bir məntəqədə - Gəncədə İmam Hüseyn aşiqlərinə bəslənən qıcıqlandırıcı məmur münasibətindən narahatlıq vurğulanır, hər il maneçilik törədilən və son dəfə də icra-polis-prokuror baryerləri ilə müşayiət olunan Tasua-Aşura tədbirləri xatırlanır.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı bütün bu süni maneələrin xalqla hakimiyyət arasında dərin uçurum yaratmasını nəzərə çatdırmaqla, inanclı insanların təqibinə son qoyulmasını, Hacı Vüqar Qarabağinin də tezliklə azadlığa buraxılmasını tələb edir.       

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
36

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru