Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2015
10:04
213
Rusiyalı nazir: Azərbaycanlı oğlan bizim futbolçuları çiyniylə kənara atdı

Rusiyada bu ölkənin gənclərdən ibarət yığmasının Bakıda Azərbaycana məğlub olmasının (0:3) müzakirələri davam edir.

Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko hesab edir ki, məğlubiyyətin əsas səbəblərindən biri Azərbaycan futbolçularının yaşca rusiyalı futbolçulardan böyük olmasıdır.

“Mən hələ dəqiq deyə bilmərəm, biz hər şeyi müzakirə edəcəyik. Bizim komandamız öz vəzifəsi ilə bacarmadı - bu faktdır. Potensialımız var. Niyə öz klublarında əsas heyətdə oynayan futbolçular milliyə cəlb edilmir? Mən razıyam, nəaliyyətləri olan gənclərə üstünlük vermək olar, lakin onlar yaşca kiçikdilər. Biz Azərbaycana uduzduq... Açıq-aydın görünürdü ki qapımıza iki qol vuran oğlan (Azərbaycan yığmasının futbolçusu Kərəm Benke - red.) yaşca böyükdür: o cərimə meydançasında bizim futbolçuları sadəcə çiyinləri ilə kənara atdı”, - Mutko deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
27

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
25

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
20

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru