Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Noyabr

2015
16:20
972
Süfrəyə gələnə kimi pomidorun başına hansı oyunlar açılır – ARAŞDIRMA

Mövsümü olmasa da bu gün demək olar ki, əksər insanların süfrəsində pomidor və xiyar gözə dəyir. Bəs görəsən bu tərəvəzlər istixanalardan mağazalara, oradan da süfrəyə gələrkən hansı yollardan keçirlər? 

FaktXəbər olaraq kiçik bir araşdırma aparmaq qərarına gəldik. Bəzi mütəxəssislərlə danışsaq da, konkret faktlar söyləyə bilmədilər. Amma bu barədə bizə istixanaların birində çalışan və adının çəkilməsini istəməyən şəxs danışdı. Ş.T adlı şəxsin sözlərinə görə, ümumilikdə saxlanma şəraiti bütün tərəvəzlərdə təhlükəsizdir. Ancaq bəzi məhsulların saxlanılması üçün pestisidlərdən (xarab olmaması üçün), kanserogen maddələrdən və hətta az dozada radiasiya şüasından istifadə olunur.

Pomidor

Onun sözlərinə görə, son dövrlərdə pomidorlar Çin üsulu ilə qızardılır. Texnologiyaya əsasən pomidorlar kal-kal yığılır (Bu formada o, daha uzun müddət qalır). Daşınma zamanı belə pomidorlar xüsusi qaz olan konteynerlərdə saxlanılır. Bu qaz tərəvəzdə həll olaraq, onu qızardır. Ancaq bu o demək deyil ki, pomidor yetişir. Xeyr, sadəcə kimyəvi reaksiya nəticəsində rəngini dəyişir. 

Kal pomidoru tərkibini bilmədiyimiz xüsusi məhlula batırılmış parça ilə silirik və səliqə ilə yeşiklərə yığırıq və o bir neçə saata qızarır

Apardığımız araşdırma zamanı məlum oldu ki, bunun nəticəsində yaranan maddələr insan orqanizminə düşdükdə yumşaq toxumaları dağıdır və yandırıcı effekt verir. 

“Kollarda  kiçik meyvələr yaranan kimi  biz fəhlələri bir günlük istixanalardan çıxardırlar. Ora əllərində məhlul (bəzən toz şəklində dərmanlar) olan şəxslər girir və pomidorlara çiləyirlər. Bir gündən sonra biz orada gözəl, qırmızı və iri pomidorlar görürük. Bizə ancaq məhsulu toplamaq qalır” - deyə fəhlə bildirir.

Pomidorun qızarması üçün istifadə olunan başqa bir üsul isə kal məhsulun xüsusi məhlula batırılmış parça ilə silinməsidir: “Bəzən isə olur ki, elə məhsulu kal formada toplayırıq. Sonradan həmin məhsulları tərkibini bilmədiyimiz xüsusi məhlula batırılmış parça ilə silirik və səliqə ilə yeşiklərə yığırıq. Təsəvvür edin, tutaq ki, axşam saat 10-da bu məhlulla silinmiş kal pomidorlar səhər Bakının bazarlarına çatdırıldıqda artıq qıpqırmızı olur.”

Hər iki halda  məsələnin əsası dəyişmir – «çin pomidorlarına» hansısa  kimyəvi maddələr qatılır. 

Xiyar

Xiyarları çox saxlamaq olmur. Onların ömrü cəmi 2-3 həftə, əgər atmosfer nizamlanarsa, uzağı 40 gün olur. Onların ömrünü daha da uzatmaq üçün onlar mineral maddələrlə silinir, nişasta qatı ilə örtülür və polietilen plyonka ilə örtülür.

Bir məsələni də qeyd etmək yerinə düşür, sanitar normalarına əsasən anbarlar gəmiricilər, quşlar, həşəratlar, göbələklər və istehsalçılar üçün digər arzuolunmaz halların qarşısını almaq üçün pestisidlərlə və digər zəhərli kimyəvi maddələrlə dərmanlanır. Bu maddələrin tərəvəzlərə necə təsir göstərdiyi barədə isə əlimizdə hələ ki, məlumat yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
18

Azərbaycan əhalisinin sayı açıqlanıb

16

Sentyabr
11:45
ÖLKƏ
138

Bilik günündən FOTOREPORTAJ

16

Sentyabr
11:36
ELM / TƏHSİL
149

Yəmən Səud rejimini şoka salıb

16

Sentyabr
11:24
DÜNYA
72

Yatmaq üçün ən təhlükəli forma açıqlanıb

16

Sentyabr
10:29
AİLƏ, SAĞLAMLIQ
165

Bu rayonlarda qaz təchizatı dayandırılıb

16

Sentyabr
10:17
ÖLKƏ
128

01

Yanvar
197

16.09.2019 tarixinə AMB-nin valyuta məzənnələri

16

Sentyabr
09:57
İQTİSADİYYAT
114

164 mindən çox şagird I sinfə gedir

16

Sentyabr
09:25
ELM / TƏHSİL
198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 12:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru