Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
20:53
3555
Sürücülərin nəzərinə! RADARLARA EHTİYAC OLMAYACAQ - FOTO

Azərbaycanda polis maşınlarının sayrışan işıqları (miqalka) dəyişə bilər. Polis maşınlarının işıqları "ağıllı" hala salınacaq. 

Hüquq mühafizə orqanlarının ehtiyacları üçün texnoloji cihazlar istehsal edən "Ekin Technology" şirkətinin rəhbəri Akif Ekin bu barədə məlumat verib. Türkiyə mətbuatında yer alan məlumata görə, Anadolu və Ege bölgələrində 4 rayonda polis maşını işıqları "Ekin Patrol" adlanan bu lampalarla əvəz edilib. 

İşıqların fərqi ondadır ki, onlar həm başqa maşınların sürətini ölçür, həm də dövlət nömrə nişanı haqqında məlumatları sürətli şəkildə dəqiqləşdirir. Onlardan kütləvi hadisələr zamanı üz tanıma sistemi kimi də istifadə etmək olar. "Ekin Patrol" hərəkətdə olan maşında həm önü, həm də arxasını görə bilir. Sürətlə hərəkət edən maşındakı bu sistem əldə etdiyi məlumatları mərkəzi idarəyə də yollayır. 

A.Ekin bu sistemin bir nçə il öncə hazırlandığını deyib. "Yerləşdirdiyimiz yeni sistem polis maşınlarının ətrafındakı avtomobillərin sürətini ölçür, nömrəsi haqqında məlumatın tez əldə edilməsinə kömək edir". 

"Miqalkalar" maşın hərəkətdə olanda belə radar vəzifəsini görən sistemin daha da təşmilləşməsi üçün işlərin davam etdiyini deyib. Onun sözlərinə görə, indi silah səsinin gəldiyi yönü də tapa bilən sistemin də cihaza inteqrasiyası üzərində iş aparılır. İşıqlar vasitəsilə toplanan məlumatlar 60 gündən çox yaddaşda qalır. 

Ekin bu işıqlardan yaxın zamanlarda Türkiyənin paytaxtı Ankara və İstanbulda da istifadə ediləcəyini deyib. Onun sözlərinə görə, ölkə xarici ölkələrdə də ağıllı işıqlara yüksək tələb olduğunu deyib. Belə ki, Birləşmiş Ərəb Əmirliyinə 250, Azərbaycana isə 400 cihazın satışı üçün müqavilə imzalanıb. O, artıq 200 sistemin Azərbaycana verildiyini deyib. 

Sistem artıq ABŞ-da da testdən keçirilir. 

Sifarişçilər arasında Səudiyyə Ərəbistanı, Qətər də var. 

Şirkət rəhbərliyinin məlumatına görə, Türkiyə xaricində ilk genişmiqyaslı layihəni məhz Bakıda reallaşdırıblar. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
67

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
606

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
436

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
455

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
500

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
527

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
504

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru