Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
14:33
326
Nə qədər ki, Azərbaycan xalqını terrorçu elan etməyiblər...
Cənub bölgəsinin ruhaniləri Allahşükür Paşazadəyə müraciət ünvanladı

Azərbaycanın Cənub bölgəsinin ruhaniləri Qafqazın Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadəyə son zamanlar televiziya kanallarında dindarlara qarşı aparılan qarayaxma kampaniyası ilə bağlı müraciət ediblər. Bir nüsxəsi də FaktXəbər-ə göndərilən müraciətdə deyilir:

Hörmətli Şeyx! Azərbaycan Respublikasında güc strukturlarından sayılan Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbər heyətinin qeyri-qanuni rüşvətxorluğundan, vəzifə səlahiyyətlərini aşmasından və bizə məlum olmayan bu kimi digər cinayətləri törətməsindən xəbərdarsınız.  Bu cinayətkar dəstənin yetirib hələ də himayə etdiyi bəzi məmurlar və bəzi  televiziya kanalları öz vəzifə səlahiyyətlərini aşaraq dindarları öz çirkin məqsədlərinə hədəf edir, müxtəlif üsullarla insanlara zülm edərək dövlətdəki sabitliyi pozmağa çalışır və qərəzli şəkildə xalqla dövlət arasında uçurumlar yaradırlar.

Biz aşağıdakı mövzunu sizin diqqətinizə çatdırmağı özümüzə vəzifə bilirik.

Nəzərinizə çatdırırıq ki, ATV, Xəzər TV, Space TV və Lider TV Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən ölkəmizə dəvət olunan və həmin idarənin nümayəndələri ilə birlikdə ölkəmizin məscid və ziyarətgahlarını, Şəhidlər Xiyabanını ziyarət edən yaşlı alimi xalqımız qarşısında terror lideri kimi tanıtdıraraq, sadəcə bu alimlə görüşməyə gedən dindarları deyil, Qafqaz Müsəlmanlar İdarəsini, hətta dövlətimizi belə, terrorun dəstəkçisi kimi göstərirlər. Bu TV-lərin səriştəsizcəsinə işlətdikləri qərəzli cümlələr dindarlardan daha çox dövlətimizin mənafeyinə vurulan zərbədir. Əmin olun, dövlətimizin düşmənləri bu TV-lərin aparıcı və himayədarları kimi səriştəsiz deyil. Onlar yalan və böhtan dolu bu kadrlarla dövlətimizin düşmənlərinin əlinə “faktlar” verərək, daha çox dövlətimizə zərər yetirir və xalqla dövlət arasında problem yaratmağa çalışaraq ölkəmizdəki sabitliyi pozmağa can atırlar.

Burada söhbət hansısa Müsəlman Birliyi Hərəkatının qanuni qeydiyyatda olub-olmamasından getmir, söhbət bir vətəndaşın polis idarəsinə çağırılaraq, qəzaya getməkdə olan namazını qılmaq istədiyinə görə idarədə döyülüb təhqir olunmasından gedir.

ATV, Xəzər TV, Space TV və Lider TV kanalları inanclı bir insanın şəklini göstərərək, onu dünya dövlətləri tərəfindən terrorist elan edilən təşkilatların liderlərinin Azərbaycandakı davamçısı adlandırmaqla həmin şəxsə deyil, dövlətimizə zərbə vururlar. Cinayəti heç bir dəlil-sübutla təsdiq edilməyən bir şəxs, hər gün körpə uşaqların belə başını kəsən İŞİD terrorçuları ilə bir səviyyədə tutulur. Özü də Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən ölkəmizə dəvət olunan və sizin özünüzün də ölkəmizə gəlişini bərəkət adlandırdığınız Ayətullah Nuri Həmədaninin əlini öpməsini əks etdirən kadrı guya dəlil olaraq gətirirlər. Sözügedən kanallar bu əməlləri ilə Qafqaz Müsəlmanlar İdarəsinin bir terrorçunu vətənimizə dəvət etdiyinimi demək istəyirlər?!

Nə zamandan bir müctəhidin əlini öpmək terroristlərin heç bir narahatlıq hissi keçirmədən günahsız insanların başlarını kəsməsi ilə bərabər tutulur? Yaxud hansı terrorist bu günə qədər yaşlı bir alimin əlini öpüb?! Əksinə, onlar bu əməli bidət sayır və buna görə baş kəsirlər.

Hörmətli Şeyx! İmzaları bu müraciətə əlavə olunmuş ruhanilər adından Sizdən xahiş edirik ki, əhalisinin təxminən 80 faizi ölkəmizdəki bütün din və məzhəblərə hörmətlə yanaşan şiələrdən ibarət olan xalqımızı nə qədər ki, bütövlüklə terrorist və terror dəstəkçisi elan etməyiblər, bu məsələnin həll edilməsinə  kömək edəsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
60

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
135

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2027

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
481

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
148

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru