Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Noyabr

2015
13:55
225
Sürücülər və yol polisi arasında nə baş verir?

Son zamanlar sürücülərin yol polislərinin yeni “radar oyunu”ndan şikayətlərinin sayı artıb.

Belə ki, radara düşən avtomobilin sahibi ödəniş etmək üçün banka gedərkən başqa məqamlar ortaya çıxır. Bankdan avtomobil sahibinə bildirirlər ki, ona məxsus avtomobilin radara düşməsi ilə bağlı onlarda məlumat yoxdur. Bu isə radara düşən avtomobilin dövlət qeydiyyat nömrəsi ilə bağlı məlumatların Dövlət Yol Polisi İdarəsinin bazasına göndərilməməsini göstərir.

Sürücülər bunu belə izah edirlər ki, bu işdə yol polisinin xüsusi məqsədi var. Onlar bildirirlər ki, bu vasitələrlə sürücünü qeydiyyatda olduğu rayonun Yol Polis İdarəsinə çağırır, orada razılaşma təklif edirlər. Məsələn, "filan qədər məbləği ödə, bütün radarlarını silək” kimi təkliflər olunur.

Yol Polisinin “radar oyunu”ndan cana gələn başqa sürücülər iddia edirlər ki, bazaya göndərilməyən radarları olan avtomobillər yolda Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq onlara yerindəcə ödəniş etmək təklif edilir. Əks halda avtomobilinin cərimə meydançasına aparılacağı ilə hədələnirlər.

Məsələ İlə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu kimi iddiaların əsassız olduğunu bildirib. K.Əliyev belə iddialarla bağlı faktlar olarsa, araşdırılması üçün onlara müraciət edilməsini tovsiyyə edib.

Xəbərlərimizi həmçinin Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
41

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
302

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
136

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
123

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
52
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru