Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Noyabr

2015
09:24
280
İnternetsiz Azərbaycan: Nə baş verdi?

Ölkədə internetin bu qədər geniş yayıldığı bir vaxtda birdən birə şəbəkəyə çıxışın dayanması partlayan bomba effekti yaratdı.

Dünən saat 16:10 radələrində Azərbaycanda virtual həyat tamamilə dayandı, dondu.

İnternet şəbəkəsinə çıxış isə altı saat davam edən təmir işlərindən sonra, saat 22:30 radələrində bərpa olundu.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, səbəb ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində baş verən yanğın nəticəsində bütün zəruri avadanlıqların  xəsarət alması olub. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürdükdən sonra  alternativ kanallarla ölkə internetlə təmin olunub, 

Nəzərə alsaq ki, bu gün Azərbaycanın maliyyə, bank sistemi, əsas KİV və bir sıra digər sahələrin fəaliyyəti üçün internetin olması əsasdır, bu sahədə yaranmış 6 saatlıq fasilənin insanlarda hansı hisslər oyatdığını başa düşmək o qədər də çətin olmaz.

İlk vaxtlarda əhali ölkədə fövqəladə hadisənin baş verdiyini güman edir, hətta müharibə başladığını da iddia edənlər tapılırdı.

Müəyyən istisnalar olmaqla, 9 milyon əhalinin yaşadığı bir ölkə dünya ilə bağlantısını belə bir şəkildə itirmişdi. Yalnız Nar kimi mobil operator, yaxud Bakinternet kimi provayderlərin abonentləri dünya ilə əlaqəni kəsməmişdilər, digər ölkə üçün qəflətən dibi görünməyən informasiya vaakumu yarandı. 

Əslində ölkə miqyasında baş verən bu fəlakətin nəticəsini göstərən amil də elə budur - nə bank, nə onlayn ödəniş, nə də pos-terminallar sistemi işləmədi, Nar abonentləri yaxud Bakinternet istifadəçilərini çıxmaqla, yerdə qalan əhali bir növ "kor" oldu.

Əlbəttə, baş verən bu hadisə ölkədə mütləq şəkildə əlavə, ehtiyat server şəbəkələrinin qurulmasını zəruri edir.

Azərbaycanın müharibə şəraitində yaşadığını nəzərə alaraq, informasiya təhlükəsizliyinin təmin edilməsi birinci dərəcəli məsələlərdəndir və ümid edirik ki, baş vermiş hadisədən sonra, gec də olsa, bu istiqamətdə vacib tədbirlər görüləcək.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
172

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru