Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2015
20:42
203
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb

Parisdə baş vermiş terror aktları ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.

 

Müraciətdə bildirilir:

 

“Təcili: Fransada yaşayan azərbaycanlıların diqqətinə:

13 noyabrda Parisdə baş vermiş terror aktları nəticəsində hansısa həmvətənimizin zərər çəkməsi barədə kiminsə hər hansı məlumatı varsa, dərhal Azərbaycanın Fransadakı səfirliyinə telefonla müraciət etməsi xahiş olunur:

 

01 44 18 60 20 / +33 1 44 18 60 20

 

və ya Facebook səhifəmizə yazsın : https://www.facebook.com/azambassade.fr/".        

 

Qeyd edək ki, bundan əvvəl Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmadığı barədə məlumat verilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, bu barədə Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru