Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2015
12:12
276
Azərbaycanda seysmogeodinamik aktivlik: 3 bölgədə gərginlik var

Oktyabr ayında Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən FaktXəbər-ə verilən xəbərə görə, regional planda respublika ərazisi intensiv sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub.Regionda üç müxtəlif mərkəzli gərginlik-deformasiya strukturu qeyd edilib: "Şərqi sıxılma strukturu Mərkəzi Xəzər, Abşeron periklinalı və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarını əhatə etməklə yüksək intensivliyə malik olub və regionda yeni geodinamik şəraitin formalaşmasına başlanıb. Şimal gərginlik deformasiya strukturu bilavasitə Xəzər dənizi akvatoriyasında formalaşıb, regional Mahaçqala-Türkmənbaşı aktiv dərinlik tektonik pozulması boyu xəritələnib. Şimal-qərb sıxılma deformasiya strukturu Zaqatala-Şəkizəlzələocağı zonalarını əhatə etməklə nisbətən zəif intensivliyə malik olub. Ölkənin qalan əraziləri nisbi stabil geodinamik şəraitə malik olub və demək olar ki, genişlənmə və sıxılma proseslərinin təmas zonasında yerləşib".

Qeyd olunub ki, oktyabr ayı ərzində ölkə ərazisində K.;9 energetik sinifli 3 yerlizəlzələbaş verib: "13 oktyabrda Oğuz, 13 oktyabr Xəzər, 26 oktyabrda Tovuz seysmoaktiv zonalarında baş vermiş bu seysmik hadisələr regionda yeni formalaşan geodinamik şəraitlə bağlı olub. Hər üçzəlzələsıxılma gərginlik-deformasiya prosesləri ilə əlaqədardır. Lokal seysmomonitorinq müşahidələrinə görə xəritələnmiş Girdimançay sıxılma və Qızmeydanı genişlənmə strukturları gərginliyin kritik hədd səviyyəsinə çatmayan şəraiti ilə fərqlənir və burada klassik yerlizəlzələlərin baş vermə ehtimalı mövcuddur".

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
2

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
13

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru