Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2015
10:25
Polisin “başa pul qoyması”na DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi (DİN) Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən piyadanı öldürərək hadisə yerindən qaçan sürücünün “başına 1000 manat pul qoyulması” ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, polisin sürücünün tapılması üçün 1000 manat mükafat verəcəyi barədə yayılan fikirlərin heç bir əsası yoxdur və həmin iddialar həqiqətdən uzaqdır: “Təcrübə göstərir ki, baş verən cinayətlərin yarıdan çoxu vətəndaşların krirminal hadisələr, hüquq pozuntuları barədə bilavasitə polis orqanlarına məlumat vermələri, onların yaxından iştirakı ilə açılır".

O.Mansurzadə vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, Daxili İşlər Nazirliyi və ya ərazi polis orqanlarının rəhbərliyi tərəfindən cinayətlərin açılmasında, polis orqanlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində fərqlənmiş əməkdaşlarla bərabər bu işdə fəallıq göstərmiş vətəndaşlar da mükafatlandırıla bilər.

“Praktikada həvəsləndirmə metodu kimi sözügedən üsuldan istifadə olunur və bu, cinayətkarlıqla mübarizədə öz effektini verir. Amma Şəki rayonunda baş verən hadisəyə gəldikdə isə qeyd etməliyəm ki, söhbət heç də Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən yol-nəqliyat hadisəsi törədərək hadisə yerindən qaçmış şəxsin “başına pul qoymasından” getmir. Əslində bu təklif həmin hadisə nəticəsində dünyasını dəyişmiş şəxsin yaxınlarından gəlib. Onlar qəzanı törədən sürücünün qısa müddətdə tapılması üçün sonuncu barəsində məlumat verən istənilən şəxsə mükafat vermək niyyətində olduqlarını bildiriblər. Amma səhvən belə bir niyyətin olması polisin adına çıxılıb" - deyə DİN sözçüsü əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48338

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46387

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48016

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47626

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53209

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47254

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47650
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 12:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru