Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
13:36
Sabah Bakıda buludlu hava müşahidə olunacaq

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Noyabrın 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, ayın 14-də güclü xəzri küləyinin ayın 15-də arabir güclənən gilavarla əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir. 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
217

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
287

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
273

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
560
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 05:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru