Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
09:47
249
Böhran Azərbaycan hokkeyini də vurdu
Hokkey yığmasının üzvləri aksiya keçirib

Bu gün Azərbaycan otüstü hokkey yığmasının üzvləri və məşqçiləri “Exelsior” otelin qarşısında aksiya keçirib. Onlar maaşlarının verilməsini tələb ediblər.

Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirib ki, ölkədəki otüstü hokkey komandaları və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb: “Həmin tarixdən etibarən otüstü hokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındır”. Federasiya rəsmisinin sözlərinə görə, ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb.

Federasiyadan maaşlarının tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var.

Federasiyadan o da bildirildi ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
61

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
93
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru