Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Noyabr

2015
13:55
250
Azərbaycan erməni qadını geri qaytardı

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1942-ci il təvəllüdlü Abovyan Lusine Qukasovnanı noyabrın 12-də azad edərək qarşı tərəfə qaytarıb.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən proses zamanı yaxınlıqdakı erməni mövqelərindən atəş səsləri eşidildiyinə görə Komissiyanın İşçi Qrupunun əməkdaşları qarşı tərəfdən yenidən təhlükəsizlik zəmanəti alınması və atəşin dayandırılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət ediblər. Bu tələblər yerinə yetirildikdən sonra L.Abovyanın repatriasiyası həyata keçirilib.

Beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

BQXK-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, bugünkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.

Məlumatda qeyd olunub ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanının keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
55

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
88

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
62

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1012
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru