Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2015
21:15
565
Jirinovski azərbaycanlı oliqarxın iflasından danışdı

Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Dövlət dumasında çıxışında azərbaycanlı oliqarx Telman İsmayılovun müflis olması məsələsinə toxunub. 

ANS PRESS-in məlumatına görə, siyasətçi təklif edib ki, xaricə pulun çıxarılması məhdudlaşdırılsın.

Qalmaqallı siyasətçi bunun Rusiya iqtisadiyyatına zərər verdiyini düşünür. Jirinovskinin bu təşəbbüsü haqqında partiyanın mətbuat xidməti də xəbər yayıb.

Nümunə kimi Jirinovski "Çerkizovsk" bazarının keçmiş sahibinin bu yaxınlarda öz əsas aktivini, Türkiyədə yerləşən lyuks "Mardan Palace" mehmanxanasının satışını göstərir.

"Bir müddət əvvəl Türkiyədə ölkənin ən bahalı mehmanxanası "Mardan Palace"ın yarı qiymətə satılması barədə xəbər yayıldı. Ora Moskva "Çerkizovsk"unun müflis olmuş keçmiş sahibi Telman İsmayılov tərəfindən tikilmişdi. Yəni o Rusiyadan Moskvada qazanılmış pulu çıxarıb öz əsas aktivini türklərə hədiyyə etməyə məcbur oldu. Faktiki olaraq biz milyonlarla dolları qonşu ölkə hədiyyə etdik", - deyə Jirinovski bildirib.

Belə hadisələrin təkrarlanmaması üçün Rusiya Liberal-Demokratik Partiyasının lideri xaricə pul vasitələrinin çıxarılmasını qadağan etməyi, sərt valyuta kontrolu tətbiq etməyi və pulu yalnız konkret müqavilələr əsasında xərcləməyə icazə verməyi təklif edir.

Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Moskva bankı", AST şirkətlər qrupunun, eyni zamanda, "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib. "Moskva bankı" biznesmenə verilmiş kreditləri geri almaq niyyətindədir. Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir. 

Son zamanlar Telman İsmayılovun maliyyə problemləri yaşadığı açıq aşkar idi. Onun borclu olduğu banklardan biri “Vneştorqbank” (VTB) girov qoyulmuş, bazar qiyməti 250 milyon dollar olan daşınmaz əmlakına cəmi 33 milyon dollar dəyərində qiymət verib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
57

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
90

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
64
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru