Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2015
15:56
Hacı Şahin: Azərbaycanda bütün məscidlərə pulsuz təbii qaz verilir

"Artıq bir neçə ildir ki, Azərbaycanda məscidlər pulsuz olaraq təbii qazla təmin olunub və bu proses hələ də davam edir". Bunu  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

QMİ rəsmisi bildirib ki, Azərbaycanda fəaliyyət göstərən, qeydiyyatdan keçən dini icmaların yerləşdiyi bütün məscidlərə pulsuz təbii qaz verilir: "Azərbyacanda təkcə şəhər və rayon mərkəzilərində deyil ən ucqar kəndlərdə yerləşən bütün məscidlər təbii qazla pulsuz təmin olunur. Bu da ibadət üçün həmin məscidə toplaşan insanların rahatlığı üçün nəzərdə tutulub". 

Hacı Şahin Həsənli qeyd edib ki, bir çox hallarda icması olmayan və ya qeydiyyatdan keçməyən məscidlər də mavi yanacaqla təmin olunur: "İcması olmayan və ya qeydiyyatdan keçməyən məscidlər var ki, qanunla həmin məscidlərə qaz verilməməlidir. Amma Azərbaycan dövlətinin humanist addımlarından biri də qeydiyyatda olmayan, lakin insanların ibadət üçün toplaşdığı bəzi məscidlərə də pulsuz mavi yanacaq verilib və bu proses davam etdirilir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 17:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com