Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2015
14:33
162
Azərbaycan səfiri Efiopiya rəsmiləri ilə görüşüb

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiya Federasiyasının yeni seçilmiş sədri Yale Abate Reta və Xalq Nümayəndələr Palatasının sədri Abadula Gemeda ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı E. Abdullayev Y. Retanı və A. Gemedanı bu vəzifələrə seçilmələri münasibətilə təbrik edərək, onlara yeni fəaliyyətlərində uğurlar arzulayıb.

Efiopiyalı rəsmilər isə Azərbaycan-Efiopiya münasibətlərinin əhəmiyyətini qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.

A. Gemeda 2013-cü ildə Azərbaycana səfər etdiyini qeyd edərək, ölkəmizdə sürətli inkişaf, sabitlik və yüksək tolerantlıq ənənələrinin şahidi olduğunu bildirib. O, bütün bu nailiyyətlərin Azərbaycan rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasəti, iradəsi nəticəsində əldə olunduğunu vurğulayıb. A. Gemeda Azərbaycan hökumətinin ölkə miqyasında və regional səviyyədə inkişafın əldə olunmasında ardıcıl səylərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1334

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
175

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
123
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 05:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru