Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
21:20
Hazırlaşın, Yol Polisi reydlərə başlayır: 150 MANAT CƏRİMƏ - VİDEO

May ayının 1-dən avtomobillərin yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır. Yol polisi  noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq.Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.

Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına cəmi 5 gün qaldı. Qanunla may ayının 1-dən sənaye üsulu ilə yan şüşələrə vurulan pərdə və plyonkalara verilən icazə müddəti noyabr ayının 15-də başa çatır.

Pərdə və plyonkalarla bağlı qadağa bəzi sürücülər tərəfindən düzgün başa düşülmədiyindən polislərlə avtomobil sahibləri arasında mübahisələrə səbəb olur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, mayın 1-dən noyabr 15-dək yalnız sənaye üsulu ilə avtomobillərə quraşdırılan pərdə və plyonkalara icazə verilir. Kustar üsulla quraşdırılan pərdələrə isə ümumiyyətlə heç vaxt icazə verilmir. Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq olunacaq.

Qadağalara cəmi bir neçə gün qalsa da sürücülərin əksəriyyəti bundan xəbərsizdir.

Avtomobilin pərdə və plyonka, eləcə jalüzlərə icazə verilən yeganə hissə arxa şüşədir.


Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2218
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru