Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
16:56
456
Azərbaycana keçən erməni qadının ailəsi danışdı

Ötən gün Azərbaycan – Ermənistan dövlət sərhəddini pozaraq, Qazax rayonu ərazisinə daxil olan Ermənistan vətəndaşının ailəsi danışıb.

Tavuş rayonun Kot kəndinin ağsaqqalı Feliks Melikyan bildirib ki, qoca qadının azıb sərhədi keçmə ehtimalı çox yüksəkdir. 

“Lusine Abovyanın yaxşı ailəsi və uşaqları var amma əri ilə ayrı yaşayır. Onun həyat yoldaşı deyir ki, o, günorta saatlarında qohumlarının yanına gedib. O, saat 5 radələrində evə qayıdıb yoldaşının evdə olmadığını görüb. Tez qohumlarına və qonşularına zəng edib”- deyə kənd ağsaqqalı bildirib. 

Ağsaqqalının sözlərinə görə, sərhədə yaxın kəndlərdə qadının qohumları yaşayır. Feliks Melikyan bildirib ki, Abovyanın səhhətində heç bir problem olmayıb. 

Ötən gün qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb. Azərbaycanın Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda bildirilir ki, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Abovyanın saxlanıldığı Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonuna aid hissəsi (qırmızı xətlə işarələnib)

Saxlanılan Ermənistan Respublikasının vətəndaşı ilə beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək. 

Bu ilin mart ayında 1991-ci il təvəllüdlü Andranik Qriqoryan qoşunların təmas xəttindəki döyüş postunu tərk edərən Azərbaycan əsgərlərinə təslim olub. 

O, ağ bayraq yelləyərək Azərbaycanın nəzarətində olan əraziyə keçə bilib. 

Ötən il Azərbaycana keçən Andranik Qriqoryan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1331

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru