Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
12:07
146
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanacaq.

Bu barədə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev məlumat verib.

O bildirib ki, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin müştərək şəkildə hazırlanması AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə razılaşdırılıb: “Artıq Dilçilik İnstitutunun mütəxəssisləri Tərcümə Mərkəzinin İşçi Qrupunun üzvüdür. Biz birlikdə yeni, işlək bir orfoqrafiya lüğəti ərsəyə gətirəcəyik”.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətindən artıq və yararsız sözlər çıxarılacaq.

Qeyd edək ki, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bir müddət öncə Azərbaycan dilinin orfoqrafiya lüğətini tənqid edib. O bildirib ki, Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. A. Məsud əlavə edib ki, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyi, sözlərin yazılış qaydasının pozulduğu, yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğu aşkar edilib.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
54

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
128

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2016

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
478

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
145

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru