Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
11:45
177
Azərbaycanda aylıq inflyasiya 0,1%-ə düşüb

Cari ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1% artıb.

Ay ərzində düyü, un, qarabaşaq yarması, makaron məmulatları, şəkər, toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, portağal, banan, xiyar, pomidor, badımcan, şirin bibər, soğan, sarımsaq, kartofun qiymətlərində bahalaşma, qoyun əti, limon, naringi, alma, armud, üzüm, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, göyərti, balqabaq, göy lobya, çuğundur, kökün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabrda qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında ərzaq məhsulları 0,6 %, qeyri-ərzaq məhsulları 0,1 % bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərdə isə dəyişikliklər baş verməyib. Ümumilikdə, istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3% artıb.

Xəbərlərimizi həmçinin Facebook səhifəmizdə də izləyə bilərsiniz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
105

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
1980

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
465

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
129
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 16:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru