
Son zamanlar Rusiya təyyarələrinin qəzaya uğraması ilə bağlı xəbərlər gündəmin əsas mövzularından biri olub. Belə ki, Misirdə sərnişin təyyarəsinin qəzasının şokundan ayılmamış, Afrikada da anoloji hadisənin yaşandığı barədə məlumatlar yayıldı. Xatırladaq ki, Sudanda havaya qalxan yük təyyarəsi balıqçı qəsəbəsinə çırpılmışdı.
FaktXeber.com-un məlumatına görə, dağıntıların altından kiminsə salamat çıxarılacağından ümidsiz halda axtarış aparan xidasedicilər, gözlənilmədən uşaq ağlamasının səsini eşidirlər.
Qalıqların altından xilasedicilər təsirli mənzərə ilə qarşılaşırlar: Huşsuz vəziyyətdə olan kişinin qucağında balaca qızcığaz ağlayırdı. Onların hər ikisinin qəzadan salamaq qalması hər kəsə möcüzə kimi göründü.
Qeyd edək ki, uşaq praktiki olaraq xəsarət almayıb. Onun sadəcə ayağı qırılıb və bir neçə kəsik yarası alıb. Ancaq uşağı öz bədəni ilə qoruyan kişinin vəziyyəti nisbətən ağır qiymətləndirilib.
Zərərçəkənlər dərhal hospitala yerləşdirilir. Məlum olur ki, uşağın adı Nyalu Tonqdur və 13 aylıqdır. Onun anası və bacısı bu qəzada faciəvi şəkildə həlak olublar. Könüllülər qızcığazın digər qohumlarını axtarırlar.
Qızcığazın xilaskarı isə Vur Arop adlı gənc imiş. Onda bir sıra sınıq xəsarətləri qeydə alınıb və ciddi kəllə beyin travması diaqnozu qoyulub. Lakin həkimlər onun yaşama şansının yüksək olduğunu deyirlər.
Özünə gəldikdən sonra gənc bildirib ki, təyyarə yerə düşməyə başlayanda o, yanındakı tanımadığı qızcığazı bütün bədəni ilə müdafiə etməyə çalışıb.
Qeyd edək ki, faciəvi qəzada qurbanların sayı hələ də dəqiqləşdirilməyib. Çünki sərnişin və heyət üzvlərindən başqa təyyarənin çırpıldığı evlərin sakinləri də həlak olub. Həmçinin sərnişinlərin dəqiq sayı bilinmir, çünki onlar yük təyyarəsinə qeyri-qanuni olaraq minmişdilər.
Son məlumatlara görə aviaqəzada 41 nəfər həlak olub, cəmi iki nəfər sağ qalıb: qızcığaz və onun xilaskarı…

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 17-04-2021 13:55 “WhatsApp” istifadəçilərinə ciddi XƏBƏRDARLIQ
- 17-04-2021 13:43 Ruhani: "İranı çətin həftə gözləyir"
- 17-04-2021 12:54 Kuba Kastrosuz qaldı
- 17-04-2021 12:09 Rusiyada Ukraynanın konsulu saxlanılıb
- 17-04-2021 10:57 Bayden İranın uranı 60%-ə qədər zənginləşdirməsinə münasibət bildirdi
- 17-04-2021 10:06 ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
- 16-04-2021 15:34 Britaniyada koronavirusun yeni növü aşkarlanıb
- 16-04-2021 15:04 YUNESKO Fələstinin lehinə iki qətnamə qəbul edib
- 16-04-2021 14:21 Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
- 16-04-2021 13:02 Səudiyyə koalisiyası Yəməni yenidən bombalayıb, ölənlər var
- 16-04-2021 12:25 Zərif: "İran ciddilik göstərib, indi növbə ABŞ-ındır"
- 16-04-2021 10:45 Əfqanıstanda partlayış baş verib, ölənlər var
- 16-04-2021 09:57 Bayden Putini "Klutin" adlandırıb - VİDEO
- 16-04-2021 09:35 İsrail Qəzzanı bombaladı - VİDEO
- 15-04-2021 17:15 ABŞ səfiri sanksiyalarla görə Rusiya XİN-ə çağırılıb
- 15-04-2021 16:21 Bağdadda partlayış törədilib, ölən və yaralananlar var
- 15-04-2021 15:59 ABŞ-ın dövlət katibi İraqa gedib
- 15-04-2021 15:16 Ruhani: "İran istəsə uranı 90%-a qədər zənginləşdirə bilər"
- 15-04-2021 14:41 İraqın Erbil hava limanına PUA ilə hücum edilib
- 15-04-2021 12:59 İranın daxili işlər naziri koronavirusa yoluxub
- 15-04-2021 12:45 Putin və Lukaşenko Qarabağı müzakirə edib
- 15-04-2021 12:16 Paşinyan: “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq alırdı”
- 15-04-2021 11:30 Husilər Səudiyyənin neft obyektlərini ballistik raketlərlə vurub
- 15-04-2021 10:47 Səudiyyənin Yəmənə növbəti hücumu: Uşaqlar və qadınlar həlak olub
- 15-04-2021 10:37 Tokio-2020 ləğv oluna bilər