Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
10:05
143
Azərbaycanda yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim başlayıb

Bu gün Bakıda "Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı" üzrə ilk təlim sessiyası başlayıb. Proqramın məqsədi yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılmasıdır.

Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir.

Strateji Liderlik Proqramı pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu tərəfindən hazırlanıb. Peşəkar ekspertlərin keçirdiyi təlimlərdə mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərləri və şöbə müdirləri iştirak edəcək.

Bugünkü təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Dəniz Administrasiyasının və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak edir.

Xatırladaq ki, birinci proqramın 2016-cı ilin fevral ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, proqram "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək layihəsi" çərçivəsində həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
172

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 05:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru