Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2015
09:30
181
Azərbaycan istifadəçilərinin yarıdan çoxu `Google Chrome`a üstünlük verir

2015-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan bazarında "Google Chrome" internet brauzerinin payı 1,6 faiz artıb. Bu barədə "Global Stats" Statistik Mərkəzinin hesabatında deyilir.

Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda "Google Chrome"un istifadəçi auditoriyası 5,4 faiz artıb. "Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 55,5 faizinə sahibdir.

2015-cü ilin 10 ayı üzrə "Opera" brauzerinin payında 8,4 faiz azalma qeydə alınıb. Noyabrın 1-nə “Opera”nın payı 16,3 faiz təşkil edib ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 17,5 faiz çoxdur.

Mərkəzin məlumatına görə, yanvar-oktyabr ayları ərzində “Android” brauzerinin istifadəçilərinin sayı 6,4 faiz artıb. “Android” brauzerinin Azərbaycanda bazar payı 11,1 faiz təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu brauzerin istifadəçi auditoriyası 8,6 faiz artıb.

Bazarın qalan hissəsi “Safari” (7,5 faiz), “Yandex” (2,41 faiz), “Mozilla Firefox” (1,99 faiz), “Internet Explorer” (1,8 faiz) və digərlər arasında bölüşüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
2

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
11

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
14

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru