Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2015
12:40
284
Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozunu açıqlayıb. Departamentdən FaktXəbər-ə bildirilib ki, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 11-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
92

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1351
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru