Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2015
15:02
1143
Sürücü qadın sərnişini avtomobildə qoyub qaçdı - VİDEO

Nizami Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdiyi reyd zamanı maraqlı hadisələr baş verib. FaktXəbər-in məlumatına görə, reydi APA TV-nin əməkdaşları da müşahidə edib.

Əvvəlcə ondan başlayaq ki, bəzi sürücülər sərxoş vəziyyətdə sükan arxasında əyləşəndə yol polisi əməkdaşlarından qaçmaqla məsuliyyətdən yayına biləcəyini düşünür. Məsələn, bu avtomobilin sürücüsü yol polisi əməkdaşlarının qanuni əmrinə tabe olmayıb. Oqtay Vəliyev küçəsində avtomobilin sürücüsünə "Saxla!" əmri verilsə də, o, Babək prospektinə doğru hərəkətini davam etdirib. Prospektdəki yanacaqdoldurma məntəqələrindən birində avtomobili saxlayan sürücü qaçışını piyada davam etdirib. O qədər tələsib ki, avtomobildəki qadın sərnişini də unudub. Qadın sərnişin isə avtomobilin sürücüsü ilə təsadüfən yolda tanış olduğunu və avtomobilinə əyləşdiyini bildirib: "Oturdum maşına. Başladı mənimlə mədəni surətdə danışmağa. "Ay xanım, gecə vaxtı hardan gəlirsən?" Belə. Dedim ki, "atam, işdən çıxmışam, evə gedirəm, yorğunam". Dedi ki, "Allah kömək olsun, gecə vaxtı niyə işləyirsən?" Cavab verdim ki, "Evdə xəstə balam var, məcburam. Özüm müəlliməyəm. Amma belə vaxtda işdən çıxmağa məcburam". Söhbət eləyə-eləyə gəldik. Bura çatanda da belə... Dedim ki, ay qardaş, niyə belə eləyirsən. Qayıtdı ki, benzin vurmalıyam, benzin qurtarır. Amma demədi ki, dalımca polis düşüb. Benzinliyə çatanda açarı çıxartdı, qaçdı getdi".

Taksi kimi istifadə etdiyi avtomobili sənədsiz idarə edən sürücü də yol polisi əməkdaşlarını görən kimi qaçmağa çalışıb. Lakin çox uzağa gedə bilməyib və tezliklə ələ keçib. Avtomobil cərimə meydançasına yerləşdirilib, faktla bağlı protokol tərtib edilib. Nə qədər qəribə olsa da, o, avtomobili sənəsiz idarə etməsini sənədlərinin xalası qızında qalması ilə əsaslandırıb.

Üzərində hər rəng olan bu "VAZ-2106"-dan da taksi kimi istifadə edilir. Amma, görünür, sürücü sərxoş olduğundan və ya sənədləri olmadığından, yol polisi əməkdaşlarından qaçmağa üstünlük verib. Çox uzağa gedə bilməyəcəyini görən sürücü avtomobilini yolda ataraq gizlənib.

Reyd zamanı konstruksiya dəyişikliyi edilmiş avtomobillər də saxlanılıb. Belə avtomobillərin hamısı cərimə meydançasına aparılıb, sürücülər barəsində protokol tərtib edilib

DYP əməkdaşı Malik Ələkbərov: "Göründüyü kimi, nəqliyyat vasitəsinin arxası yerə dəyir. Avtomaşında konstruksiya dəyişikliyi edilib. Arxa yaylar kəsilib, maşının qabaq hissəsi qalxıb. Nəqliyyat vasitəsi saxlanılaraq, duracağa qoyulacaq. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanuni tədbir görüləcək".

"Niva" markalı avtomobil konstruksiya dəyişikliyi edildiyinə görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü avtomobili sənədsiz idarə edir. Sürücü əvvəlcə müqavimət göstərməyə çalışıb reydi işıqlandıran televiziya əməkdaşlarını təhqir etsə də, Post-Patrul Xidməti əməkdaşlarının əraziyə gəlməsindən sonra sakitləşib, avtomobilin açarlarını polis əməkdaşlarına təqdim edərək, yoluna piyada davam etməli olub. Avtomobil cərimə meydançasına aparılıb.

Reyd zamanı ksenon işıqlardan istifadə etməklə həm özünün, həm də digər sürücü və sərnişinlərin həyatını təhlükə altına atan onlarla sürücü də saxlanılıb. Onlar barəsində də protokol tərtib edilib, avtomobillər cərimə meydançasına aparılıb. Bu sürücülər yalnız nasazlığı aradan qaldırdıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biləcəklər. Onları 150 manatlıq cərimə də gözləyir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
129

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
77

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
157

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
99

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
109

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
97

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
115
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 17:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru