Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2015
16:35
Məzahir Pənahov: Səsvermədən sonra MSK-ya 16 şikayət daxil olub

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 107 saylı Qazax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Zaur Hacıyevin şikayətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov bildirib ki, Z. Hacıyevin şikayətində bir neçə seçki məntəqəsində pozuntuya yol verildiyini yazsa da, konkret seçki məntəqələrini göstərməyib.

Aparılan araşdırma zamanı Z. Hacıyevlə telefonla əlaqə yaradılıb və hansı seçki məntəqələrində pozuntuya yol verildiyini iddia etdiyi dəqiqləşdirilib. Z. Həsənov MSK-dan ümumiyyətlə, 107 saylı Qazax Seçki Dairəsi barədə araşdırma aparılmasını və seçkinin nəticələrinin ləğv olunmasını istəyib.

MSK sədri Məzahir Pənahov bildirib ki, şikayət ümumən DSK ilə bağlı olduğu üçün MSK məsələyə baxa bilər: “Ancaq yazılı şikayətdə konkret hansı iddialar varsa, o araşdırılmalıdır. Əslində telefonla verilən şifahi məlumatların araşdırılması düzgün deyil, çünki şəxs telefonla şifahi şəkildə dilə gətirdiyi iddiadan imtina da edə bilər”.

MSK şikayətə baxıb və şikayətin əsassız olduğu barədə qərar qəbul edilib.

İclasın sonunda MSK sədri onu da qeyd edib ki, səsvermədən sonra indiyə qədər MSK-ya 16 şikayət daxil olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
363

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 17:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru