Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2015
14:29
182
“Gürcüstan öz azərbaycanlıları ilə güclüdür” - Gürcüstan prezidenti

“Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız”

“Mən çox sevinirəm ki, İlham Əliyevlə birlikdə azərbaycanlı vətəndaşlarımızla görüşə gəlmişik. Azərbaycanlılar Gürcüstan dövlətçiliyini yaradanlardan biridir və biz dostluğumuzu daha da möhkəmləndiririk”.

Faktxeber.com-un məlumatına görə, bu sözləri Marneulidə azərbaycanlılarla keçirilən görüşdə çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib. O bildirib ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə mühüm layihələr həyata keçirilir. Dövlət başçısı gürcü dilinin azərbaycanlılar tərəfindən öyrənilməsinə sevindiyini söyləyib: “Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiyaya can atırlar. Sizin istedadınız bizə lazımdır. Bu istək və tələbat həmişə hiss olunur və biz sizə həmişə dəstək olacağıq”.

G. Marqvelaşvili bəyan edib ki, Gürcüstan öz azərbaycanlıları ilə güclüdür: "Gürcüstanda dövlət dilini öyrənməyiniz həm də sizin mədəniyyətinizin, ana dilinizin inkişafı deməkdir. Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız”.

Prezident azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatı və infrastruktur sahələrinin getdikcə inkişaf etdiyini vurğulayıb: "Mən Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə kənd təsərrüfatının, infrastrukturun getdikcə inkişaf etdiyini görürəm. İndi Gürcüstanın Ümumi Daxili Məhsulunun 9 faizini azərbaycanlılar verir. Bizə yeni imkanlar lazımdır ki, Avropa bazarına daxil olaq. Gürcüstanda bunun üçün potensial var. Ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni və Avropa standartlarına uyğun standartların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu regionda iqtisadiyyatın inkişaf etdirilməsi və turizmin inkişafı vacibdir. Marneulidə və regionun digər bölgələrində yeni inkişaf perspektivləri işlənilməlidir. Bölgədə yeni layihələr həyata keçirilməlidir. Yüklərin daşınması, enerji və logistik layihələr Gürcüstan üçün səmərəli və faydalıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəkidən olan ana fəryad edir - VİDEO

21

May
08:36
HÜQUQ,HADİSƏ
89

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
99

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru