Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
16:24
Proqnoz: Neftin qiyməti 59 dollara qədər yüksələ bilər

Dünya bazarında "Brent" markalı neftin qiyməti qısamüddətli perspektivdə 59 dollar/barelə qədər yüksələ bilər."Report"un analitik qrupu neft hasil edən ölkələrdən gələn son məlumatlar əsasında "Brent"in qiymətinin yüksələcəyini proqnozlaşdırır. Belə ki, bu gün ABŞ-da açıqlanacaq həftəlik neft və benzin ehtiyatları göstəricilərində azalma gözlənilir. Neft ehtiyatlarının artım tempinin keçən həftə açıqlanan 3,38 mln. bareldən 2,8 mln. barelə qədər azalması, benzin ehtiyatlarının isə 1 mln. barel azalması gözlənilir.

"Bundan əlavə, dünən Liviya və Braziliyadan gələn xəbərlər neft qiymətlərinin artmasına dəstək olub. Belə ki, Liviya Milli Neft Korporasiyası hasilatla bağlı fors-major hal elan edib. Bu da o deməkdir ki, şirkət istədiyi vaxt hasilatı dayandıra bilər. Ötə yandan Braziliyanın 40-qan çox neft platformasının işçiləri dövlət şirkəti olan "Petroleo Brasileiro SA"nın aktivlərinin satılmasına qarşı etiraz yürüşü keçiriblər. Nəticədə, şirkət hasilatın 25% azaldığını bəyan edib", - deyə Agentlik qeyd edir.

"Report"un analitikləri hesab edirlər ki, neftin qiymətində gözlənilən artım müvəqqəti olacaq. Qısamüddətli yüksəliş Çindən gələcək mənfi göstəricilər, İran neftinin bazara çıxması, Federal Ehtiyat Sisteminin faizləri artırması ilə neft uzunmüddətli perspektivdə yenidən ucuzlaşacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5276

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4313

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5906

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5944

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7633

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5681
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-07-2020 13:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru