Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
15:04
Bakı polisi motosiklet `ovu`na başlayıb
Bakının 6 yerində motosikletlə hərəkət qadağan edildi

"Bakıda yol polisi iki təkərli nəqliyyat vasitələrinə qarşı ova başlayıb".

 

Bu barədə tanınmış aparıcı, telejurnalist Azər Qəribov bildirib. Onun sözlərinə artıq bir müddətdir ki, yol polisi xüsusilə motosikletləri saxlayaraq cərimə meydançasına göndərir. Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin kuryerləri öz işlərini yerinə yetirməkdə çətinlik çəkir. 

 

Telejurnalist bu problemə diqqət çəkərək yol verilən nöqsanların aradan qaldırılmasını tələb edib: "Yol polisinin tək izahatı ondan ibarətdir ki, bəzi motosikletçilər yol hərəkət qaydalarına riayət etmirlər və qəzalar edir. Yəni, əgər hansısa bir yolda vətəndaş avtomobili ilə qəza törədirsə, onda bütün avtomobilləri sürmək qadağan edilməlidir? Əgər yol polisi qaydaları pozan motosikletçilərin öhdəsindən gələ bilmirsə, onda daha peşəkarları işə cəlb etmək lazımdır. Neftçilərin prospektində quraşdırılmış nişan motosikletlərin hərəkətini qadağan edir. Yol polisi bu cür addımlarla özləri qəza vəziyyəti yaradır", - deyə A.Qəribov bildirib. 

Əlavə edək ki, Bakının bəzi ərazilərdə motosikletlə hərəkət qadağan ediləcək.

Bakı şəhər Dövlət Yol Polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun verdiyi məlumata görə, artıq bununla bağlı xüsusi nişanlar qoyulur. Onun sözlərinə görə, bir neçə gün əvvəl Neftçilər prospektində quraşdırılan motosikletlə "hərəkət qadağandır" nişanı artıq bir neçə ərazidə quraşdırılıb.

"Artıq Bakıda 6 yerdə belə nişan qoyulub. Gələcəkdə də həmin nişanları çox yerdə görəcəksiniz. Hazırda "Siqnal” idarəsi bununla bağlı araşdıma aparır. Əhalinin sıx məskunlaşdığı yerlərdə belə nişanlar qoyulacaq”, - deyə Vaqif Əsədov bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3969

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru