Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
13:50
250
Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb

Qarabağ Azadlıq Təşkilatı Rusiya qoşunlarının Qarabağa yeridilməsi niyyəti ilə bağlı yayılan məlumatları qəzəblə qarşılayır. Bu məlumatlar Rusiyanın məkrli və təhlükəli planlarından xəbər verir. Azərbaycan hakimiyyəti və xalqı heç bir halda bu varianta razılaşmamalıdır. Azərbaycan Rusiyadan heç vaxt xeyir görməyib, Azərbaycanın başına gətirilən bütün fəlakətlərdə Rusiyanın birbaşa və ya dolayısı ilə iştirakı olub. Dağlıq Qarabağ münaqişəsi də Rusiya tərəfindən yaradılıb, bu gün münaqişənin ədalətli həllinə mane olan əsas qüvvə də Rusiyadır. Rusiya 20 Yanvar faciəsini, Xocalı soyqırımını və digər qanlı olayları törədib. Rusiyanın hər hansı yeni təşəbbüsü Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Rusiya imperiya ambisiyalarından, iddialarından əl çəkmək istəmir.

Rusiya həmişə Ermənistanı müdafiə edib, bu gün də həmin siyasəti davam etdirir. Rusiyanın Ermənistandakı hərbi bazaları ermənilərin ixtiyarındadır. Həmin bazalar Azərbaycana qarşı təhdid və təzyiq mənbəyidir. Rusiyanın 366-cı polkunun Xocalıda törətdikləri heç kəsin yadından çıxmayıb. Bölgəyə yenidən Rusiya qoşunları yeridilərsə, həmin qüvvələrin 366-cı polkun cinayətlərini təkrar edəcəyinə heç kəsdə şübhə olmamalıdır. Bu qüvvələrin “sülhməramlı” və ya başqa cür adlandırılmasının, “MDB” və ya başqa ad altında gətirilməsinin heç bir fərqi yoxdur. Rusiya qoşunlarının hər hansı ad altında Qarabağa yerləşdirilməsi həmin ərazilərin birdəfəlik və qəti şəkildə itirilməsi demək olacaqdır. Biz Rusiyanın bu planlarını rədd edir və onun qarşısının alınması üçün bütün imkanlardan istifadə edəcəyimizi bildiririk. 

Biz, ümumiyyətlə, “ sülhməramlı” adı altında hər hansı qüvvələrin Qarabağa yerləşdirilməsinin qəti əleyhinəyik. Ermənistanın işğalçı qüvvələri Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən qeyd- şərtsiz çıxarılmalı, bundan sonra isə sülhməramlı qüvvələr Azərbaycanla Ermənistanın sərhədlərinə yerləşdirilməlidir ki, Ermənistan bir daha Azərbaycana qarşı təcavüzkarlıq təşəbbüsündə ola bilməsin. Başqa bir variantda biz hər hansı bir ölkənin və ya beynəlxalq təşkilatın “ sülhməramlı” təşəbbüsünə inanmırıq. ATƏT Minsk qrupunun və digər beynəlxalq qurumların son 25 ildəki “ fəaliyyəti” , verdikləri yarıtmaz təkliflər, tutduqları ermənipərəst mövqe bizə bunu deməyə əsas verir.

Biz bir daha bəyan edirik ki, Azərbaycan yalançı vədlərə inanmamalı, növbəti məkrli planların həyata keçirilməsinə imkan verməməlidir. Bu məsələdə hakimiyyət və xalq vahid mövqedən çıxış etməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru