Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Noyabr

2015
10:44
298
Azərbaycanda keçmiş əri məktəb direktorunu qətlə yetirib

Ağsu rayonunda qətl hadisəsi törədilib.

Rayonun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını mübahisə zəminində bıçaqlayıb. İki uşaq anası E. Eyyubova aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Məlumata görə, rayonun Hacıqədirli kəndindəki 4 illik orta məktəbin direktoru işləyən E. Eyyubova 3 il öncə K. Xanlarovdan boşanıb. O, övladları ilə birlikdə Ərəbsarvan kəndində yaşayıb. E. Eyyubova bir müddət əvvəl keçmiş ərinin uşaqlarına görə aliment verməməsi barədə polisə müraciət edib. Müraciət əsasında K. Xanlarov saxlanılaraq 20 günlük həbs cəzasına məhkum edilib. O, həbsxanadan çıxan kimi keçmiş arvadının evinə gedib və qətl törədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
100

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru